“Bayraktar Kızılelma”nın ikinci uçuşu uğurla baş tutdu - VİDEO

23 Yanvar 2023 19:21

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın ikinci uçuşu uğurla baş tutub.

Bu barədə Trend-ə "Baykar" şirkətindən bildirilib.

Qeyd edilib ki, ikinci uçuşda sistem identifikasiyası sınağı keçirilib.

""Bayraktar Kızılelma"nın səmada sınaqları davam edir. Bu çərçivədə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində ikinci uçuşunu həyata keçirib. Baykar İdarə Heyətinin sədri və Texnologiya direktoru Selçuk Bayraktarın rəhbərliyi altında həyata keçirilən ikinci uçuş zamanı Sistem Tanıma Testi uğurla tamamlandı", - məlumatda deyilir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bayraktar Kızılelma"nın yaxın zamanda kütləvi istehsalının başlayacağını qeyd edib.

Milli.Az