Tünzalənin atası DANIŞDI: "Qızımın ölüm xəbərini yolda aldım" - VİDEO

23 Yanvar 2023 12:01

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçinin atası Məcid Əliyev qızının dünyasını dəyişdiyi mərkəzə gəlib.

Məcid bəy qızının nəşini gördükdən sonra mərkəzi tərk edən zaman jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Tünzalənin ölüm xəbərini Gəncədən Bakıya gələn zaman alıb.

Milli.Az