Rəşad İlyasov övladının görüntülərini paylaşdı - VİDEO

24 Yanvar 2023 02:44

Əməkdar artist Rəşad İlyasov oğlu Mirzə ilə bağlı paylaşımı ilə gündəmə gəlib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi övladının doğum günü olduğunu bildirərək, onunla birgə çəkilmiş görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

"Təbrik edirəm, əziz balam Mirzə. Neçə gözəl illərə. Duyğularımı anlatmaq üçün sözlər kifayət etməz. Həyatımızı gözəlləşdirən insan. Sənin timsalında Allah bütün övladları qorusun, amin. Yeni yaşın yeni uğur gətirsin. Yeni yaşın mübarək", - deyə Rəşad İlyasov vurğulayıb.

Qeyd edək ki, həkim-pediatr Gülnarə adlı xanımla evli olan sənətçinin iki övladı var.

Milli.Az