Bu ölkədə yumurtanın qiyməti rekord həddə çatdı

23 Yanvar 2023 20:31

ABŞ-da quş qripi epidemiyası yumurta istehsalını azaldıb, inflyasiyanın da təsiri ilə qiymətlər rekord həddə çatıb.

2022-ci ilin fevralında başlayan quş qripi ilə əlaqədar ABŞ-ın 47 ştatında 60 milyona yaxın quş məhv edilib, xəstələnən toyuq sayı 43 milyonu ötüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yumurta tədarükü təkrarlanan epidemiyalar səbəbindən kəskin şəkildə düşdüyü üçün ABŞ-ın yumurta ehtiyatı 2021-ci ilin sonu - 2022-ci ilin əvvəli arasında 29 faiz azalıb.

Dekabra qədər artan topdansatış yumurta qiymətləri Milad həftəsində rekord həddə çatıb. Belə ki, Milad həftəsi ilə müqayisədə ABŞ-da yumurtanın qiyməti 2022-ci ilin əvvəlində 267, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 210 faiz artıb.

Bəzi ərzaq mağazalarında üzvi (kənd) yumurtanın qiyməti 12, qeyri-üzvi yumurtanın isə təxminən 7 dollardır.

Milli.Az