Medvedyev: Bizim üçün çətin dövr başlayır

23 Yanvar 2023 11:06

Qərbin Ukraynaya yeni silah tədarükləri fonunda Rusiya üçün çətin vaxtlar başlayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.

O bildirib ki, Rusiya düşmənlərinin ölkəyə qeyri-müəyyən müddətə çətinlik yaşatmaq, daha doğrusu, onu məhv etmək niyyətləri var:

"Qərbin bunun üçün kifayət qədər silahı var və lazım gələrsə, yenilərinin istehsalına başlaya bilər. Ona görə də illüziyalara ehtiyac yoxdur. Bundan hansı nəticə çıxarmaq olar? Birincisi, çox çətin olacaq..."

Milli.Az