Pelosinin qızı anasının “cin çıxarmaq” üçün keşişlərə müraciət etməsindən danışdı

24 Yanvar 2023 03:22

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə "cin çıxarma" mərasiminə dəvət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Aleksandra Pelosi "The New York Times" qəzetinə məlumat verib.

"Şükran Günündə evdən şeytan çıxaran və dualar oxuyan keşişlər onun yanına gəlib", - deyən eks-spikerin qızı, baş verənlərdən sonra siyasətçinin özünü günahkar hiss etdiyini və bu h adisənin "onu sındırdığını" söyləyib.

Nensi Pelosi özü ərinin hücuma məruz qalacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, insidentdən sonra onun normal həyata qayıtması üçün üç-dörd ay lazım olacaq.

Hadisə 2022-ci il oktyabrın 28-də səhər saatlarında baş verib. Hücumda ittiham olunan David DePape Pelosinin San-Fransiskodakı evinə girərək onun ərinə çəkiclə hücum edib. Siyasətçi həmin vaxt evdə olmayıb.

Milli.Az