“Ən-Nəsr” gündə 400-ə yaxın Ronaldu forması satır

23 Yanvar 2023 19:00

Səudiyyə Ərəbistanın "Ən-Nəsr" klubunun fan-şopunda Kriştianu Ronaldunun idman köynəklərinə böyük tələbat var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, komandanın rəsmi mağazasında gündə 400-ə yaxın belə idman formaları satılır. Hər formanın qiyməti isə təxminən 100 dollardır.

Bildirilir ki, yüksək tələbat səbəbindən mağazada yalnız həmin köynəklərin uşaq və XXXL ölçüləri qalıb.

Milli.Az