Yanvar ayında bu ölkədə koronavirusdan 8 mindən çox insan ölüb

23 Yanvar 2023 17:09

Yaponiyada yanvar ayında ən azı 8,102 nəfər koronavirusa yoluxduqdan sonra ölüb və bu ölkədə müvafiq aylıq rəqəmlər arasında antirekord olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Yaponiya Səhiyyə Nazirliyinin bazar günü açıqladığı statistik məlumatlar sübut edir.

Ölənlərin ümumi sayı 65,3 min nəfərə çatıb. Bazar günü ölkədə 326 nəfər virusa yoluxub. Hazırda COVID xəstələrindən 671 nəfərin vəziyyəti ağırdır, onlar reanimasiya şöbəsindədirlər.

Bundan əlavə, Yaponiyada son sutka ərzində 64,4 min yeni yoluxma halı təsdiqlənib, pandemiyanın başlanğıcından indiyədək yoluxanların ümumi sayı 32 milyona yaxın olub.

Milli.Az