Bakının Nəsimi rayonunda yaşlı kişi bıçaqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Süleyman Rüstəm küçəsində qeydə alınıb. 1956-ci il təvəllüdlü Əliyev Şöhlət Bəyməmməd oğlu mağazadan çörək alıb evə gedərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az