Kriştianu Ronaldu “Əl-Nəsr”də rəsmi debüt edib

23 Yanvar 2023 07:10

Kriştianu Ronaldunun yeni komandası "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında "Əl-İttifaq"la qarşılaşıb.

Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.

Kapitan sarğısı ilə start heyətdə meydana çıxan Ronaldu sonadək oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.

Milli.Az