Almaniya və Fransa sərhədlərini birgə qoruyacaq

23 Yanvar 2023 07:00

Almaniya və Fransa qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Almaniya-Fransa sərhədini birgə patrul etmək barədə razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq saziş Parisdə Almaniyanın daxili işlər naziri Nensi Feser və onun fransalı həmkarı Cerald Darmanen tərəfindən imzalanıb.

Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, 2024-cü il Paris Olimpiya və Paralimpiya Oyunlarında əsas tədbirlərində təhlükəsizliyi təmin etmək üçün, eləcədə birgə sərhəd nəzarəti əməliyyatlarında Almaniya-Fransa operativ qrupundan istifadə oluna biləcəyi razılaşdırılıb.

Milli.Az