Sayrışan hallar nevrozu

4 Fevral 2023 06:05

Sayrışan hallar nevrozu - sayrışan qorxular(fobiyalar) və ya fikirlər müxtəlif olur. Bu nevrozlar həm uşaqlar, həm də böyüklər arasında rast gəlinir.
Səbəbləri:
-aşağı intellekt və xarici defektlər sayəsində kollektivdə adaptasiyanın pozulması
-ailədə xoşagəlməz atmosferin olması, valideynlərin soyuq münasibəti
-anadan erkən ayrılma
-psixoemosional travma-stress yaradan hər bir hadisə
-bütün sferalarda total həyatı çətinliklər
Simptomları:
Simptomları 3 yerə bölünür: sayrışan qorxular, sayrışan fikirlər və sayrışan hərəkətlər. Sayrışan qorxular fobiyalar adlanır. Belə adamlar istənilən şeydən qorxa bilərlər. Bunlara misal olaraq qaranlıqda qorxma, açıq və ya qapalı mühitlərdən qorxma, yoluxucu xəstəliklərdən, həşəratlardan qorxma ola bilər qorxu hissi həm özü, həm də yaxınları üçün ola bilər. Belə adamlar xüsusi "rituallar" yerinə yetirirlər. Məsələn, infeksiyadan qorxu olduqda tez-tez əllərini sabunla yuyurlar, dəsmalla silmirlər. Sayrışan fikirlər insanlara rahatlıq vermir, onlar bu fikirlərdən qurtula bilmir. Məsələn, evdən çıxanda bir neçə dəfə evə qayıdırlar ki, qazı, suyu bağlasınlar.
Sayrışan hərəkətlərdə məs. tez-tez əllərini müəyyən sayda masaya vururlar, başın tüklərini çıxardırlar və s.
Siz nə edə bilərsiniz:
Belə adamlarla sakit, səbirlə davranmaq lazımdır. Müalicə üçün psixoterapevtə, nevroloqa, psixiatra müracıət etmək lazımdır.
Həkim nə edə bilər:
Əsas müalicə psixoterapevt tərəfindən aparılır. Həkim sakitləşdirici, psixotrop, antidepressant preparatlar təyin edir.

Milli.Az