Berlində ruslar ukraynalı qadınlara hücum etdi

22 Yanvar 2023 23:52

Bir qrup rusdilli kişi Berlin metrosunda ukraynalı qadınlara hücum edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Berlin polisi məlumat yayıb.

Hadisə yanvarın 21-də baş verib.

24 və 25 yaşlı iki xanım Berlin metrosunda gedərkən, qatarda üç rusdilli kişi olub. Kişilər xanımları görən kimi onları söyməyə başlayıblar. Daha sonra qatardan düşərək, təqib ediblər.

Qəfildən kişilərdən biri 24 yaşlı ukraynalı qadının saçından tutaraq başına zərbə endirib. Bu zaman yoldan keçənlər qadını müdafiə ediblər. Hücum edən şəxs qorxaraq dostu ilə birlikdə hadisə yerindən qaçıb.

Qadın baş ağrılarından şikayətlənsə də, tibbi yardımdan imtina edib. Berlin polisi hadisə şahidlərindən hücum edənlərin tapılmasında yardım istəyib.

Milli.Az