Cənubi Azərbaycan şəhərlərində Azərbaycanla bağlı posterlər yayılıb: "Zəngəzur qırmızı xəttimizdir" - FOTO

22 Yanvar 2023 23:46

Cənubi (İran) Azərbaycanın şəhərlərində küçələrə Azərbaycanla bağlı posterlər yapışdırılıb. 

Milli.Az bildirir ki, bu barədə musavat.com-a Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib.

Posterlərdə "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı xəttimizdir!", "Ya Zəngəzur, ya ölüm!" şüarları yazılıb.

Həmin fotoları təqdim edirik.

Milli.Az