Polşa Ukraynaya tank vermək üçün “kiçik koalisiya” yarada bilər

22 Yanvar 2023 23:25

Əgər Almaniya Ukraynaya "Leopard 2" tankları tədarük etməzsə, Polşa özü bu məsələnin həlli ilə məşğul olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Polşa Baş naziri Mateuş Moravietski bəyan edib.

Baş nazir deyib ki, Almaniya Ukraynaya "Leopard 2" tankları verməzsə, Varşava Kiyevi müasir tanklarla və texnikalarla təmin etmək üçün "kiçik koalisiya" yaradacaq.

Mateuş Moravietski Almaniya Baş naziri Olaf Şoltsu tənqid edib və Almaniyanın bu məsələdəki mövqeyini qəbuledilməz sayıb.

Milli.Az