"Arsenal" - "Mançester Yunayted" oyununda 5 QOL VURULDU - VİDEO - FOTO

22 Yanvar 2023 22:51

"Arsenal" futbol İngiltərə Premyer Liqası oyunu çərçivəsində doğma meydanda "Mançester Yunayted"i 3:2 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Londonun "Emireyts" stadionunda keçirilib.

Qalib komandadın heyətində qolları Edvard Nketia (24, 90-cı dəqiqə) və Bukayo Saka (53) vurub. "Mançester Yunayted"dən qolları Markus Reşford (17) və Lisandro Martines (59) vurub.

"Arsenal" turnir cədvəlinə başçılıq edir, Mikel Artetanın yetirmələri 19 oyunda 50 xal toplayıblar.

Milli.Az