Peyvənd olunanların sayı açıqlanıb

22 Yanvar 2023 21:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 445 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 91, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 939 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 635, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 071, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 091 nəfər təşkil edir.

Milli.Az