Qeşev: Krım körpüsündəki partlayışda "bolqar izi"...

22 Yanvar 2023 21:16

Bolqarıstan prokurorları Krım körpüsündə törədilən terror aktında ölkənin təqsirsiz olduğunu müəyyən ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Bolqarıstanın Baş prokuroru İvan Qeşev deyib.

Qeşev bildirib ki, onun Sofiya prokurorluğundakı həmkarları müəyyən ediblər ki, Bolqarıstanın hücumla heç bir əlaqəsi yoxdur.

Prokurorun sözlərinə görə, baş verənlərdə "Bolqar izi" ilə bağlı ifadələr Rusiyanın Avropa ictimaiyyətinə hibrid hücumudur.

Qeyd edək ki, 2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. Nəticədə dəmir yolu qatarının 7 yanacaq çəni yanıb, körpünün iki avtomobil aşırımı qismən dağılıb. Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

Milli.Az