Ukrayna Ordusu: Rusiyanın 120,7 min nəfər hərbçisi öldürülüb

22 Yanvar 2023 20:35

Ukrayna Ordusunun Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə "report" yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ötən gün ərzində Ukrayna hərbçiləri düşmənin onlarla texnikasını sıradan çıxarıb, Rusiya ordusunun daha 600 hərbçisini məhv edib.

Məlumata görə, müharibə ərzində Rusiya Ordusunun təxminən 120 760 nəfər hərbçisi öldürülüb, 3 145 tank, 6 268 zirehli döyüş maşını, 2 144 artilleriya sistemi, sıradan çıxarılıb, 445 MLRS reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 287 təyyarə, 277 helikopter və s. sıradan çıxarılıb.

Milli.Az