Gəlin və qaynanası partlayış nəticəsində xəsarət alıb

22 Yanvar 2023 19:41

Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az