Bacısı Tünzalənin son sözlərini açıqladı - VİDEO

22 Yanvar 2023 19:34

Əməkdar artist Tünzalə Əliyevanın vəsiyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə mərhum sənətçinin bacısı Zülfiyyə jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bacısının istəyi ilə Bakıda dəfn olunacaq: 

"Yəqin ki, Xırdalan qəbiristanlığında dəfn ediləcək. Qızı Zəhra ziyarət edə bilsin deyə vəsiyyət edib ki, Bakıda dəfn olunsun. Sağalıb qayıdacam, yaşamaq istəyirəm... Son sözləri bu oldu... Uşağa hələ deməmişik".

Milli.Az