“Toppuş bacı”nın ƏRİ: "Gördüyüm, tanıdığım ən gözəl insan, qiyamətdə görüşərik" - FOTO

22 Yanvar 2023 13:14

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Röyal bəy aktrisanın sosial şəbəkə hesabında məlumat yayıb.

Sənətçinin səhifəsində foto paylaşan Röyal bu sözləri yazıb:

"Sən gördüyüm, tanıdığım ən gözəl insan, həyat yoldaşı idin. Həm ata, həm ana, həm bacı, həm qardaş oldun mənə, ən yaxın dostum idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun. Mənim gözəl həyat yoldaşım, inşallah qiyamətdə görüşərik".

Milli.Az