Türkiyə rus taxılını rublla aldı - Abramçenko

22 Yanvar 2023 17:11

Türkiyə taxılın rublla ödənilməsi ilə bağlı sövdələşməni uğurla başa çatdırdı, indi Rusiya Misirə belə tədarük məsələsi üzərində işləyir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Onun sözlərinə görə, hazırda Rusiya Bankı digər dövlətlərin mərkəzi bankları ilə bu cür qarşılıqlı hesablaşmaların mexanizmlərini işləyib hazırlamaq üçün danışıqlar aparır və bu, təkcə ərzaq təchizatına aid deyil.

Milli.Az