Elnarədən ərinə: "Mənə elçi gələndən bədbəxt olub" - VİDEO

22 Yanvar 2023 17:31

Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda verilişin aparıcısı Zaur Baxşəliyevlə söhbət əsnasında həyat yoldaşı Elxandan söz açıb.

Zaurun "Hirsini həyat yoldaşı Elxanın üstünə tökmə, yazıqdır. Gör nə qədər əziyyər çəkir. Sənin yükünü çəkmək bir kəndin yükünü çəkməyə bərabərdir." deməsinə Elnarə "Hirsimi onun üstünə tökmürəm. Hər şey mənlikdir. Onun bir günahı yoxdur. Bədbəxtin balası bədbəxt olub. Anası ölmüş Elxan mənə elçi gələndən bədbəxt olub" cavabını verib.

Aparıcı isə müğənniyə "Niyə elə deyirsən? Evinizin ruzusu, bərəkəti sənsən" deyə fikrini bildirib.

Qeyd edək ki, Elxan bəylə ailəli olan Elnarə Abdullayevanın bir oğlan və bir qız övladı var.

Milli.Az