İlon Mask qorxuya düşdü: Mühafizəçilərini silahlandırdı

22 Yanvar 2023 15:11

"Tesla", "SpaceX" şirkətlərinin qurucusu və "Twitter"in rəhbəri İlon Mask öz evində və atasının evində təhlükəsizlik tədbirlərini gücləndirib.

Onun qaçırılmaqdan qorxduğu bildirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə milyarderin atası Errol Mask məlumat verib.

Errol Maskın sözlərinə görə, indi iş adamının evində yüksək texnologiyalı kameralar, elektrik hasarları və gecə-gündüz müşahidə sistemi quraşdırılıb. Bundan əlavə, Mask öz mühafizəçilərini maksimum dərəcədə silahlandırıb.

"Əgər bizdən birini qaçırsalar, bu, hər kəsin həyatında qazandığı ən sürətli 20 milyon dollar olacaq. Mən özüm üçün qorxmuram, amma çox qorxuram ki, İlonun başına nəsə gələr, baxmayaraq ki, onun ətrafında 100-ə yaxın mühafizəçi var", - deyə Errol Mask qeyd edib. 

Milli.Az