Xalq artistimizin qızı sabah gəlin köçür
21 Aprel 2012 16:33
Daha bir sənətkarımız övladının xeyir işini görəcək. Anspress-in məlumatına görə, xalq artisti, xanım xanəndəmiz Səkinə İsmayılova sabah qızı Bibixanıma toy çaldıracaq.
Toy məclisi tanınmış şadlıq saraylarının birində olacaq. Səkinə xanım qızının şad gününə yaxın qohumları ilə yanaşı bir çox sənət adamlarını da dəvət edib.
Allah mübarək eləsin!
Milli.Az