Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurub

22 Yanvar 2023 12:11

Finlandiya Rusiyanın 187 milyon avro məbləğində aktivlərini dondurub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Yle" nəşri məlumat yayıb.

Bildirilib ki, Finlandiyada dondurulmuş aktivlərlə Borcların yığılması idarəsi məşğul olur. Hazırda qurum 187 milyon avro məbləğində aktivlərini dondurub.

"Bunlar daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar, təyyarələrdir. Hər cür qiymətli əmlaklar", - ölkənin Xarici İşlər Nazirliyinin sanksiyalar şöbəsinin rəhbəri Pia Saarivaara vurğulayıb.

Milli.Az