Baydenin evində axtarış zamanı daha 6 məxfi sənəd tapıldı

22 Yanvar 2023 11:31

ABŞ prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evində axtarışlar zamanı yeni məxfi sənədlər tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə jurnalistlərə Baydenin vəkili Bob Bauer məlumat verib.

Axtarışı yanvarın 20-də ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları aparıblar.

Onlar Co Baydenin ABŞ-ın senatoru və vitse-prezidenti olduğu dövrə aid altı məxfi sənəd tapıblar.

Milli.Az