Almaniya Ukraynaya 19 “Leopard 2” tankı göndərə bilər

22 Yanvar 2023 10:44

Almaniya Ukraynaya 19 ədəd "Leopard 2" tankı göndərə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniyanın "Der Spiegel" qəzeti yazıb.

Qəzet yazır ki, sənədlərə əsasən, Bundesverin ehtiyyatında müxtəlif modifikasiyalı 312 "Leopard 2" var.

Göndəriləcək modellər köhnəlmiş "2A5" modelləridir.

Hazırda alman ordusu onlardan təlimlərdə şərti düşmən kimi istifadə edir, ona görə də bu texnikaların Kiyevə verilməsi Almaniyanın müdafiə qabiliyyətinə təsir etməyəcək.

Milli.Az