Türkiyədə İŞİD liderlərindən biri saxlanılıb

22 Yanvar 2023 10:33

Türkiyənin Qaziantep şəhərində terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, onun İŞİD terror təşkilatının liderlərindən biri olduğu üzə çıxıb.

Vilayət təhlükəsizlik idarəsindən verilən açıqlamaya görə, daha əvvəl terrorla mübarizə idarəsinin qrupları tərəfindən saxlanılan H.A. İŞİD terror təşkilatı altında "Rakka Təhlükəsizlik Xidmətinin komandiri" və "Ninova qubernatoru" kimi tanınıb.

O, lazımi prosedurlar tamamlandıqdan sonra məhkəmə binasına aparılıb, onun qərarı ilə həbs edilib.

Milli.Az