Böyük Britaniyanın “Sea King” helikopterləri artıq Ukraynadadır

22 Yanvar 2023 10:05

Ukrayna Böyük Britaniyanın hərbi yardım olaraq göndərdiyi "Sea King" helikopterini qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov "Twitter"də bildirib.

Reznikov qeyd edib ki, helikopterlər Qara dəniz yaxınlığındakı aerodromda qəbul edilib.

Onun sözlərinə görə, "Sea King" ölkənin dəniz qüvvələrini gücləndirməyə yardım edəcək.

O, göstərdiyi köməyə görə britaniyalı həmkarı Ben Uollesə təşəkkür edib.

Milli.Az