Ukraynanın nazir müavini saxlanıldı

21 Yanvar 2023 23:59

Ukraynada icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskini saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 2 maddəsi üzrə ittiham edilir.

Bildirilir ki, Sabiq nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs tərəfindən külli miqdarda təklifi, vədi qəbul etmə və ya qanunsuz mənfəət əldə etmə maddələri ilə şübhəli bilinir.

Milli.Az