“Azərbaycanın sülh üçün nə qədər səmimi olduğunu söylədik” - Çavuşoğlu

21 Yanvar 2023 23:42

"Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqlarını müdafiə edirlər".

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Azərbaycan və Türkiyə qardaşlığından söz açıb:

"ABŞ dövlət katibi Entoni Blinkenlə görüşümüzdə qardaş Azərbaycanın sülh üçün nə qədər səmimi olduğunu, təkliflərinin diqqətə alınması gərəkdiyini söylədik. Başda Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqlarını müdafiə edirlər. Bizdə Azərbaycanın olmadığı yerlərdə eyni şəkildə qardaş ölkənin haqlarını müdafiə edirik. Çünki biz bir millətik".

Milli.Az