Xatirədən Zaura bahalı jest

21 Yanvar 2023 23:07

Müğənni Xatirə İslam Zaur Baxşəliyevə bahalı jest edib.

Milli.Az Olay.az-a istinadən bildirir ki, hadisə "Zaurla Günaydın" verilişində yaşanıb.

Belə ki, ifaçı "Yeni ildə 3 nəfərə telefon hədiyyə etmişəm, hamısı da "iPhone 14"", - deyə, bildirib.

Bu vaxt Zaur ""iPhone 15" çıxanda mənə də alarsan", - deyə, söyləyib.

X. İslam isə "Baş üstə" deyərək, telefon hədiyyə edəcəyinə söz verib.

Milli.Az