Hər iki tərəf ciddi itkilər verir, danışıqlar başlamalıdır

21 Yanvar 2023 22:19

Ukraynadakı münaqişə diplomatiya yolu ilə bitməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

"Bu müharibə bir çox münaqişələr kimi danışıqlar yolu ilə başa çatmalıdır, rusların və ukraynalıların danışıqlar masası arxasına oturmasının vaxtıdır", - Milli söyləyib.

Milli vurğulayıb ki, ABŞ, Ukrayna rəhbərliyi və əksər Avropa liderləri danışıqlar yolu ilə hərbi əməliyyatların dayandırılması barədə danışıblar.

Onun sözlərinə görə, artıq hər iki tərəf ciddi itkilər verib.

Milli.Az