Məşhur Rusiya kanalı bağlandı

21 Yanvar 2023 22:07

"RT France" telekanalı bağlandığını elan edib.

Bu barədə telekanal dərc etdiyi press-relizdə məlumat verilib.

"5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə - "RT France"ın bağlanmasına nail olub", - press-relizdə yazılıb.

Milli.Az oxu.az-a istinadən  bildirir ki, Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələş ingilisdilli xəbər kanalına "RT International", "RT Arabic", "RT en Español", "RT France", "RT DE" telekanalları, həmçinin ingilis dilində "RT Documentary" və rus dilində "RT Doc" kanalları daxildir.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub. Məlumat üçün əlavə edək ki, "Russia Today" telekanalının rəhbəri Marqarita Simonyandır.

Milli.Az