"Neftçi"nin yeni transferi: "Oyunda ürəyimi qoyacağam"

21 Yanvar 2023 21:11

"Astana" klubunun məşqçi heyəti ilə danışıqdan sonra qərara gəldim ki, başqa yerə getmək mənim üçün daha yaxşı olar. Dərhal menecerim və ailəmlə danışdım. Hardasa bir gün sonra menecerim zəng edib "Neftçi"dən təklif olduğunu dedi. Buna çox sevindim. Çünki "Neftçi" böyük və tanınmış klubdur. "Neftçi"yə gəlişim belə baş tutdu".

Bunu "Neftçi"nin yeni transferi Kilan Lebon deyib.

25 yaşlı futbolçu "Neftçi TV"yə müsahibəsində bu komandaya gəlişindən danışıb. Nigeriyalı Yusuf Lavalın komandadan ayrılmasından sonra yarımmüdafiənin sol cinahı üçün transfer edilən fransalı futbolçu oyunlarda ürəyini qoyacağını bildirib:

"Məqsədim klubun istəklərini həyata keçirməkdir. Öz oyun üslubumla komandaya bacardığım qədər fayda vermək istəyirəm. İstəyirəm ki, həm klub, həm azarkeşlər, həm də bizim hamımız xoşbəxt olaq.

İnstaqramdakı bütün şərhləri görəndən sonra telefon əlimdəykən gülümsəyirdim. Çünki azarkeşləri səni istəməyi çox yaxşı hissdir. Mən də öz növbəmdə azarkeşlərə demək istəyirəm ki, meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam, oyunlarda ürəyimi qoyacağam. Çalışacağam ki, qol vurum, qələbələr qazanım və hər şeyə nail olum"

Milli.Az