İngiltərə Premyer Liqası oyunu drona görə dayandırıldı

21 Yanvar 2023 21:09

İngiltərə Premyer Liqasının XXI turunun "Sauthempton" - "Aston Vila" matçı drona görə yarımçıq dayandırılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, oyunun 40-cı dəqiqəsində meydanın üzərində idarə olunan dron görünüb.

Bundan sonra baş hakim görüşü dayandırmaq qərarına gəlib və futbolçuları meydandan kənarlaşdırıb. 15 dəqiqədən sonra oyun yenidən bərpa olunub.

Milli.Az