Serenayın taxdığı boyunbağının qiyməti DODAQ UÇUQLATDI - FOTO

21 Yanvar 2023 21:00

Tanınmış aktrisa Serenay Sarıkayanın baş rolda olduğu "Şahmaran" filminin qala gecəsində taxdığı boyunbağının qiyməti məlum olub.

Aktrisanın qara, transparan əlbisəsinin üzərindən taxdığı boyunbağının dəyəri 30 milyon türk lirəsidir (təxminən 2 milyon 712 min manat). Boyunbağının qiyməti aktrisanın qaladakı geyimi qədər müzakirələrə səbəb olub.

Qeyd edək ki, iki gün öncə keçirilən qala gecəsində Serenay tərəf müqabilləri - aktyorlar Burak Deniz və Mert Ramazan Demir ilə də pozalar verib.

Milli.Az