"Cəhənnəmi canlı-canlı gördüm" - Dəhşətli qəzadan DANIŞDI

21 Yanvar 2023 20:26

"Baş Belası" teatr tamaşasının qastrol səfərində olan Türkiyəli aktyor Ceyhun Fersoy Amasyanın Merzifon rayonunda dostları ilə birlikdə olduğu mikroavtobusun yük maşını ilə toqquşduğu yol qəzası ilə hər kəsi qorxudub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tolga Güleryüzün həyatını itirdiyi qəzadan danışan Ceyhun Fersoy deyib:

"Mən canlı-canlı cənnət və cəhənnəmi orada gördüm. Hər kəs ölümü dadacaq. O anlar başqa şeydir, Allah düşmənimi yaşatmasın. Düşmənim yoxdur, amma hamı məni sevir (gülür). Heç kim yaşamasın. Məhz orada anladım ki, həyatı ciddiyə almamalıyıq, çünki orada hər şeyin canlı olduğunu gördüm. Hər şey bir toz buludu idi".

Milli.Az