36 yaşlı aktyor vəfat etdi

21 Yanvar 2023 18:39

Koreya dramlarının ən məşhur aktyorlarından biri olan Na Çul 36 yaşında dünyasını dəyişib.

Bir müddətdir səhhətində problem yaşayan aktyorun dəfn mərasimi yanvarın 23-də keçiriləcək.

"Vinçenzo", "Zəif Qəhrəman Sinif 1" və "Xoşbəxtlik" kimi televiziya şouları ilə tanınan Cənubi Koreyalı Na Çulun qəfil ölümü pərəstişkarlarını şoka salıb.

Gənc aktyorun ölümünün dəqiq səbəbi bilinməsə də, onun səhhətinin pisləşməsi səbəbindən müalicə alarkən dünyasını dəyişdiyi bildirilir.

Milli.Az