Ançelottidən Kamavinqanın mümkün gedişinə münasibət

21 Yanvar 2023 18:17

"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Eduardo Kamavinqanın klubdan mümkün gedişinə münasibət bildirib.

Fransalı futbolçunun "Arsenal"ı icarəyə götürmək istədiyi barədə məlumat yayılıb.

Mütəxəssis "Mundo Deportivo"ya açıqlamasında bu iddialarla bağlı deyib: "Bu komanda toxunulmazdır, təkcə veteranlar deyil, həm də meydanda hər şeyi verən oyunçular. Klubun tarixini yazan hər kəs oynayacaq. Kamavinqa Modriç və Kroos kimi toxunulmazdır".

Milli.Az