"Bavariya" bu qış transfer etməyəcək

21 Yanvar 2023 18:14

"Bavariya"nın idman direktoru Hasan Salihamidziç qış transfer pəncərəsində artıq yeni oyunçu almağı planlaşdırmadıqlarını açıqlayıb.

Klub rəsmisi bu barədə  "Sport1.de"yə bildirib. O, bu qış üçün transfer bazarındakı fəaliyyətlərinin bitdiyini deyib.

Xatırladaq ki, "Bavariya" qış transfer pəncərəsində heyətinə iki futbolçu cəlb edib. Münhen klubu yanvarın 5-də niderlandlı müdafiəçi Deyli Blindin, iki gün əvvəl isə isveçrəli qapıçı Yan Sommerin transferini açıqlayıb.

Milli.Az