Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu - Rəsmi

21 Yanvar 2023 17:30

Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:

"Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir".

Milli.Az