Cadenza Contemporary Orchestra “B-C-B” adlı konsertini keçirəcək

21 Yanvar 2023 16:59

Cadenza Contemporary Orchestra 24 yanvar saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "B-C-B" adlı növbəti konsertini keçirəcək. 2023-cü ilin ilk konsertində dahi alman bəstəkarı İ.S.Bach`ın və XX əsrin ən fərqli bəstəkarlarından olan John Cage`in  fortepiano və orkestr üçün konsertləri solistlər Zərif Kərimova, Günel Quliyeva, Zülfiyyə Muxtarova ilə Cadenza Contemporary Orchestra ifasında səslənəcək.

Biletləri https://iticket.az/events/concerts/cadenza-contemporary-orchestra-b-c-b/85197

bu linkdən əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az