Sumqayıtda kişi arvadını bıçaqlayıb

21 Yanvar 2023 14:28

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbut xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Milli.Az