Xəzər sahilində yenidən ölü suitilər tapılıb - VİDEO

21 Yanvar 2023 14:40

Xəzər dənizinin Dağıstan sahillərində yenidən "Qırmızı Kitab"a düşən suitilərin ölmüş cəsədləri tapılıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bir neçə gün ərzində 50-dən çox ölü suiti tapılıb.

İlkin məlumatlara görə, heyvanlar təxminən 2 həftə əvvəl ölüb. Suitilərin ölümləri yoluxucu xəstəliklər və viruslarla əlaqələndirilir.

Qeyd edək ki, daha əvvəl də bir neçə dəfə Xəzər sahilində ölü suitilər aşkarlanıb.

Milli.Az