Bakıda bəzi marşrutların hərəkəti məhdudlaşdırıldı

21 Yanvar 2023 11:11

Bakıda yollarda aparılan təmir işləri ilə əlaqədar bəzi marşrut xətlərindəki avtobusların hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılır.

Milli.Az