Toydakı yanğın da bu gəlinlə bəyi ayıra bilmədi - Dünya onlardan danışır - VİDEO

21 Yanvar 2023 13:31

Filippinin Aklan şəhərində toy edən cütlüyün soyuqqanlılığı dünyaya səs salıb.

Milli.Az big.az-a istinadən bildirir ki, Sem Alomiya və Con cütlüyü toyda baş verən yanğına fikir vermədən rəqslərini davam etdiriblər.

Yanğın xidmətçilər tərəfindən tez bir zamanda söndürülsə də, bəylə gəlinin reaksiyası gündəm olub.

Onlar bu rəqsi etmək üçün 3 gün hazırlıq gördüklərini və məhz bu səbəbdən yarıda qoymaq istəmədiklərini bildiriblər. Bəyin sözlərinə görə, bu rəqsi nə atəş, nə külək, nə də yağış kəsə bilməzdi.

Toydan çəkilən həmin kadrları təqdim edirik.

Milli.Az