Xatirə ilə həyat yoldaşı arasında GƏRGİNLİK: Verlişə də GƏLMƏDİ - Efirdə hər şeyi AÇIQLADI - VİDEO -FOTO

21 Yanvar 2023 13:00

Müğənni Xatirə İslam ilə həyat yoldaşı Fəxrəddin arasında mübahisə baş verib.

Milli.Az xəbər verir ki, bunu müğənni özü "Zaurla Günaydın" verlişində açıqlayıb. O bildirib ki, verlişə gəlməzdən əvvəl həyat yoldaşı ilə ailə-məişət məsələsi ucbatından aralarında düşən mübahisə səbəbindən Fəxrəddin ondan küsüb, danışdırmır. Buna görə verlişə də gəlməyəcək.

Aparıcılar müğənnini nə qədər vadar etsələr də ki, həyat yoldaşını efirə çağırmaq üçün ona zəng etsin, Xatirə "Bilirəm ki, gəlməcəyək. Dəhşət tərs adamdır. Çağırın, gəlir gəlsin-gəlmir gəlməsin, artıq öz işidir. Amma o həmişə elə olmur, küsəndə elə olur" deyərək, zəng etməkdən imtina edib.

Məhəmməd Vaqif
Milli.Az